Binəqədidə quldurluq edən şəxs ələ keçdi

Binəqədidə quldurluq edən şəxs ələ keçdi
  02 Noyabr 2020    Oxunub:2337
Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakinlərinə qarşı quldurluq törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyindən Azvision.az -a verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsinin 43-cü PB əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində sentyabrın 19-da Binəqədi qəsəbəsi ərazisində Bakı şəhər sakini E.Ələkbərovu bıçaqla hədələyib 300 manat dəyərində mobil telefonunu, içərisində pul, şəxsiyyət vəsiqəsi və bank kartları olan pulqabısını, həmçinin içərisində 80 manat dəyərində geyim əşyaları olan çantasını quldurluq yolu ilə almaqda şübhəli bilinən paytaxt sakini, əvvəllər məhkum olunmuş İ.Rəhimov saxlanılıb.

Şəxsi axtarış zamanı ondan metamfetamin aşkar edilərək götürülüb.


Azvision.az


Teqlər: DİN  





Xəbər lenti