Bakıda oğrular iş başında tutuldu

Bakıda oğrular iş başında tutuldu
  04 Noyabr 2020    Oxunub:1666
Nərimanov rayonunda oğurluqla məşğul olan şəxslər yaxalanıblar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Azvision.az -a bildiriblər ki, noyabrın 3-də saat 14:00 radələrində Nərimanov rayonu ərazisindəki mağazaların birindən rayon mühafizə idarəsinə həyəcan siqnalı daxil olub.

Dərhal hadisə yerinə gəlmiş rayon mühafizə idarəsinin əməkdaşları tərəfindən həmin mağazadan 1500 manat dəyərində 4 ədəd kompüter oğurlamağa cəhd göstərməkdə şübhəli bilinən Bakı şəhər sakinləri, əvvəllər məhkum olunmuşlar – R.İsmayılov və Z.Musayev saxlanılaraq 18-ci polis şöbəsinə təhvil veriliblər.

Faktla bağlı təhqiqat davam etdirilir.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti