Keçmiş məhkumlar oğurluq etdilər

Keçmiş məhkumlar oğurluq etdilər
  05 Noyabr 2020    Oxunub:1841
Bakıda avtomobildən 4 min manata yaxın dəyərdə oğurluq olub.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, Binəqədi Rayon Polis İdarəsi 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oktyabrın 30-da rayon ərazisində 1 avtomobildən 3750 manat dəyərində avtomobil ehtiyat hissələri oğurlamaqda şübhəli bilinən Biləsuvar rayon sakinləri H.Əliyev və əvvəllər məhkum olunmuş A.Cəfərov, Cəlilabad rayon sakini, əvvəllər məhkum olunmuş Y.Ağayev saxlanılıblar.

Azvision.az


Teqlər: DİN  





Xəbər lenti