Türkiyədən daha 20 azərbaycanlı həkim ölkəmizə gəldi

   Türkiyədən daha 20 azərbaycanlı həkim ölkəmizə gəldi
  09 Noyabr 2020    Oxunub:1662
Türkiyədə çalışan daha 20 azərbaycanlı həkim könüllü olaraq cəbhədə torpaqlarımız uğrunda vuruşan hərbçilərimizə tibbi xidmət göstərmək üçün ölkəmizə gəlib. Bu, Azərbaycanlı Həkimlər Dərnəyinin təşəbbüsü, Heydər Əliyev Fondunun və TƏBİB-in dəstəyi ilə reallaşıb.
TƏBİB-dən Azvision.az -a verilən məlumata görə, bununla yanaşı, xaricdə təhsil alan azərbaycanlı həkimlərdən də növbəti dəstək gəlib. Belə ki, Türkiyə, Almaniya və ABŞ-da oxuyan həkimlərimiz və həmvətənlərimizin dəstəyi ilə toplanan ianələrlə ölkəmizə 1 tondan çox tibbi ləvazimat göndərilib.

Qeyd edək ki, 1 ay öncə də cəbhədəki hərbçilərimizə xidmət göstərmək üçün 45 həkim Azərbaycana gəlib.

Azvision.az


Teqlər: Həkim   Azərbaycan   Türkiyə  





Xəbər lenti