Koronavirus xəstəsi başqaları üçün təhlükə yaratdı

Koronavirus xəstəsi başqaları üçün təhlükə yaratdı
  10 Noyabr 2020    Oxunub:1906
Bakı şəhər sakini Azad Bağırova COVID-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib.
Azvision.az -ın məlumatına görə, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan bildirilib ki, adı çəkilən şəxs təyin edilən qaydalara baxmayaraq, yaşayış yerini tərk edib və digər insanlar üçün real təhlükə yaradıb.

Polis şöbəsinin əməkdaşları qaydaları pozan və sakinlərin sağlamlığı üçün ciddi təhlükə yaradan Azad Bağırovun törətdiyi qanunazidd hərəkətin qarşısını dərhal alıb. O, yaşadığı ünvana qaytarılıb və tam sağalanadək evdən çıxmaması barədə ciddi xəbərdarlıq edilib.

Həmin şəxsin törətdiyi əmələ hüquqi qiymət verilməsi üçün RPŞ-nin İstintaq Bölməsində araşdırmalar aparılır.

Azvision.az


Teqlər: DİN   Koronavirus  





Xəbər lenti