Daha 20 nəfər COVID-19-dan öldü

   Daha 20 nəfər COVID-19-dan öldü
  12 Noyabr 2020    Oxunub:1776
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 1622 yoluxma faktı qeydə alınıb, 979 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 20 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 70 min 216 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 51 min 986 nəfər müalicə olunaraq sağalıb, 905 nəfər vəfat edib. Aktiv xəstə sayı 17325 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 479 min 638 test aparılıb. Bugünkü test sayı isə 11796-dır.

Azvision.az


Teqlər: Koronavirus   Statistika  





Xəbər lenti