Nazir Mirqafar Seyidovun vəzifəsini dəyişdirdi

Nazir Mirqafar Seyidovun vəzifəsini dəyişdirdi
  14 Noyabr 2020    Oxunub:2168
Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov vəzifəsindən azad edilib.
Azvision.az xəbər verir ki, bu barədə Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Nazirin digər əmri ilə Mirqafar Seyidov Daxili İşlər Nazirliyinin Nəqliyyatda Baş Polis İdarəsinin rəisi təyin olunub.

Bakı Şəhər Baş Polis İdarəsinə hələlik rəis təyinatı olmayıb.

Azvision.az



Teqlər: Bakı   Polis  





Xəbər lenti