Bakıda evdən qadın meyiti tapıldı

Bakıda evdən qadın meyiti tapıldı
  15 Noyabr 2020    Oxunub:1417
Bakıda mənzildən 52 yaşlı qadının meyiti tapılıb.
Azvision.az Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Binəqədi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1968-ci il təvəllüdlü Yunusova Vlada İslamovnanın meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Mənzil  





Xəbər lenti