“Ford”un vurduğu piyada öldü

“Ford”un vurduğu piyada öldü
  16 Noyabr 2020    Oxunub:1500
Bakıda yol qəzası baş verib.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, noyabrın 14-də saat 19 radələrində Qaradağ rayonunun Sahil qəsəbəsi ərazisində Bərdə rayon sakini E.Allahverdiyev idarə etdiyi “Ford” markalı avtomobillə yolu keçən Lökbatan qəsəbə sakini Seymur Orucovu vurub və nəticədə piyada aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Azvision.az



Teqlər: DİN  





Xəbər lenti