Köməksiz qalan vətəndaşlar təhlükəsiz əraziyə çıxarıldı

Köməksiz qalan vətəndaşlar təhlükəsiz əraziyə çıxarıldı
  17 Noyabr 2020    Oxunub:1671
Son günlər respublika ərazisində yağan intensiv yağışlar nəticəsində bəzi şəhər və rayonlarda, xüsusən Bakı şəhərində və Xaçmaz rayonunda küçə və prospektlərin, fərdi yaşayış evlərinin və həyətyanı sahələrin, digər obyektlərin və onların ətrafının yağış suları ilə dolması barədə Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə vətəndaşlardan çoxsaylı müraciətlər daxil olub.
Fövqəladə Hallar Nazirliyindən Azvision.az -a verilən məlumata görə, yağışların törətdiyi fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin canlı qüvvəsi və texnikaları yağış sularının yığıldığı ərazilərə cəlb olunub.

Xilasetmə tədbirləri nəticəsində köməksiz vəziyyətdə qalmış vətəndaşlar təhlükəsiz əraziyə çıxarılıb, suçəkmə işləri və digər təxirəsalınmaz tədbirlər görülüb. Hal-hazırda yağış sularının çəkilməsi işləri davam etdirilir.

Azvision.az


Teqlər: FHN  





Xəbər lenti