Evləri su basdı, FHN sakinləri təxliyə etdi - FOTOLAR
Bildirilib ki, bununla əlaqədar Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş müraciətlər əsasında Nazirliyin müvafiq qüvvələri su dolmuş ərazilərdən suyun kənarlaşdırılması işlərinə cəlb olunub.
Belə ki, Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq qüvvələri tərəfindən Bakı şəhərinin Nəsimi, Yasamal, Xətai, Binəqədi, Sabunçu, Suraxanı, Nizami və Qaradağ rayonlarında yağış suları dolmuş bəzi ərazilərdən suyun çəkilib kənarlaşdırılması işləri, həmçinin ərazini tərk etməkdə çətinlik çəkən şəxslərin təxliyyəsi həyata keçirilib. Bundan başqa, Xaçmaz rayonunda da analoji işlərə FHN Dövlət Yanğından Mühafizə Xidməti, Mülki müdafiə qoşunları, Xüsusi Riskli Xilasetmə Xidməti və Şimal Regional Mərkəzinin müvafiq qüvvələri cəlb olunub.
Hazırda bəzi ərazilərdə işlər davam etdirilir.
Azvision.az