Qrız, Sarıbaş və Xınalığa qar yağıb - Faktiki hava

Qrız, Sarıbaş və Xınalığa qar yağıb -  Faktiki hava
  18 Noyabr 2020    Oxunub:2420
Ölkə ərazisində faktiki hava şəraiti açıqlanıb.
Milli Hidrometeorologiya Xidmətində Azvision.az -a verilən məlumata görə, noyabrın 18-i səhərədək ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, bəzi yerlərdə yağış, dağlıq rayonlarda qar yağıb.

Düşən yağışın miqdarı Xaçmazda 18, Şabranda 8, Neftçalada 6, Şəki, Quba, Tərtər, Kişçayda (Şəki) 5, Lənkəran, Oğuzda 4, Ceyrançöl, Tovuz, Qusarda 3, Şəmkir, Balakən, Zaqatala, Xaltan, Bərdə, Mingəçevir, Sarıbaşda (Qax) 2, Göygöl, Naftalan, Gəncə, Mərəzə, Ağstafa, Qrız, Kürdəmir, Sabirabad, Astarada 1 mm-dək, Bakıda və Abşeron yarımadasında: Sumqayıtda 10, Maştağa, Binədə 4, Bakıda 2, Çilov adası, Neft Daşlarında 1 mm-dək olub.

Qar örtüyünün hündürlüyü Qrız, Sarıbaş, Xınalıqda 1 sm olub. Şimal küləyi arabir Salyanda 18 m/s-dək güclənib.

Havanın temperaturu noyabrın 17-də Bakıda iqlim normasından 1.5 dərəcə aşağı olub, havanın maksimal temperaturu Bakı və Abşeron yarımadasında 9-13, aran rayonlarında 11-17, dağlıq rayonlarda 6-8, Naxçıvan MR-da 12-17 dərəcə isti olub.

Azvision.az


Teqlər: Hava   Qar  





Xəbər lenti