Evdən 45 yaşlı kişinin meyiti tapıldı

Evdən 45 yaşlı kişinin meyiti tapıldı
  19 Noyabr 2020    Oxunub:1718
Bakıda mənzildə kişi meyiti tapılıb.
Azvision.az -ın Fövqəladə Hallar Nazirliyinə istinadən xəbərinə görə, nazirliyin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, paytaxtın Xətai rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.

Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin giriş qapısını açıb və orada aşkarlanan 1975-ci il təvəllüdlü Cəfərov Emin Muradxan oğlunun meyitini aidiyyəti üzrə təhvil veriblər.

Azvision.az


Teqlər: FHN   Meyit  





Xəbər lenti