Həftəsonu yalnız bu taksilər işləyəcək

 Həftəsonu yalnız bu taksilər işləyəcək
  20 Noyabr 2020    Oxunub:2664
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən 21 noyabr saat 00:00-dan 23 noyabr səhər saat 06:00-dək Bakı şəhərində bütün müntəzəm və ekspress xətlər üzrə sərnişindaşımaları dayandırlacaq.
Bakı Nəqliyyat Agentliyindən Azvision.az -a verilən məlumata görə, qeyd olunan tarixlərdə Bakı şəhərinin inzibati ərazisində qanunvericiliyin tələbinə uyğun olaraq müvafiq fərqlənmə nişanı alan avtomobillərlə taksi fəaliyyətinin göstərilməsində hər hansı bir məhdudiyyət olmayacaq.

Bir daha vətəndaşlarımızı sosial anlayış nümayiş etdirərək şəxsi və milli sağlamlığımız naminə karantin tələblərinə ciddi riayət etməyə çağırırıq.

Aytən Zəhra
Azvision.az


Teqlər: BNA   Taksi  





Xəbər lenti