Azərbaycanda daha 29 nəfər COVID-19-dan öldü

   Azərbaycanda daha 29 nəfər COVID-19-dan öldü
  23 Noyabr 2020    Oxunub:2718
Azərbaycan Respublikasında koronavirus infeksiyasına daha 2187 yoluxma faktı qeydə alınıb, 634 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az -a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 29 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 95 min 281 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 64 min 475 nəfər müalicə olunaraq sağalıb, 1160 nəfər vəfat edib. Aktiv xəstə sayı 29 646 nəfərdir.

Ötən müddət ərzində 1 milyon 617 min 239 test aparılıb. Bugünkü test sayı isə 9784-dir.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti