Polietilen torbaların satışı ilə bağlı qadağa

Polietilen torbaların satışı ilə bağlı qadağa
  26 Noyabr 2020    Oxunub:2325
Milli Məclisin bu gün keçirilən plenar iclasında “Ətraf mühitin mühafizəsi haqqında” qanuna dəyişiklik layihəsi müzakirəyə çıxarılıb.
Azvision.az xəbər verir ki, layihə ölkə Prezidentinin 2019-cu il 7 fevral tarixli “Azərbaycanda plastik qablaşdırma tullantılarının ətraf mühitə təsirinin azaldılmasına dair 2019-2020-ci illər üçün Tədbirlər Planı”na əsasən hazırlanıb.

Dəyişikliklə qalınlığı az olan plastik torbalar çürüməyə qarşı davamlı olduğu üçün təbiətin çirklənməsində daha böyük rol oynayır. Sənədə təklif olunan dəyişiklikdə qalınlığı 15 mikrona qədər olan polietilen torbaların, habelə birdəfəlik istifadə üçün nəzərdə tutulan plastik qarışdırıcı çubuq, çəngəl, bıçaq, boşqab və stəkanların sahibkarlar tərəfindən idxalı, istehsalı, ticarət, ictimai iaşə və xidmət obyektlərində istehlakçıya satılması və verilməsi qadağan edilib.

Qanun layihəsinin polietilen torbalara münasibətdə 2021-ci il yanvarın 1-dən, digər birdəfəlik istifadə üçün nəzərdə tutulan məhsullara münasibətdə isə 2021-ci il iyulun 1-dən qüvvəyə minməsi təklif olunub.

Qanuna dəyişiklik layihəsi III oxunuşda səsverməyə çıxarılaraq qəbul edilib.

Anar Kəlbiyev
Azvision.az


Teqlər: Milli-Məclis   İclas   Plastik-torba  





Xəbər lenti