Koronavirusa yoluxub evdən çıxan 8 nəfər saxlanıldı
Qubada karantin postunda xidmət aparan polis əməkdaşları yaşadığı evi qanunsuz olaraq tərk edən koronavirus xəstəsi aşkarlayıblar. Araşdırmalarla həmin şəxsin rayonun Amsar kənd sakini Süleyman Mütəllimov olduğu müəyyən edilib. S.Mütəllimov qaydaları pozaraq Qusar rayonuna gedmək istəyib.
Koronavirusa yoluxmuş Şabran rayon sakini İlyas İsaqov və Bakı şəhər sakini Gülnaz Bağırova da Quba rayonuna daxil olmaq istəyən zaman polis əməkdaşları tərəfindən saxlanılıblar.
Koronavirus pandemiyasına yoluxmuş Tərtər rayon sakini M.Əliyev yaşadığı ünvanı tərk edərək rayon ərazisində aşkar olunub.
Xaçmaz rayon sakini Eldosi Quliyev COVİD-19 infeksiyası testinin pozitiv nəticəsinə görə ev şəraitində müalicə təyin edilib. Lakin polis əməkdaşlarının keçirdiyi müvafiq tədbirlərlə həmin şəxsin yaşayış yerini tərk etdiyi müəyyən edilib.
Ağcabədidə 2 nəfər rayon sakini – H. Rzayev və F. Muradova koronavirus pandemiyasına yoluxmaqlarına baxmayaraq yaşadıqları ünvanı tərk edərək karantin rejiminin tələblərini kobud şəkildə pozduqları müəyyən edilib.
Polis əməkdaşları tərəfindən həmin şəxslər dərhal müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadıqları ünvana göndərilib.
Onlar barəsində müvafiq RPŞ-lərdə Cinayət Məcəlləsinin 139-1. (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və ya karantin rejimlərinin pozulması) maddəsi ilə canyət işi başlanıb, faktla bağlı araşdırmalar davam etdirilir.
Azvision.az
Teqlər: DİN Koronavirus