TƏBİB ölən tələbələrlə bağlı məlumat yaydı

TƏBİB ölən tələbələrlə bağlı məlumat yaydı
  30 Noyabr 2020    Oxunub:1989
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) qəzada ölən tələbələrlə bağlı məlumat yayıb.
Azvision.az xəbər verir ki, məlumatda deyilir:

"Bu gecə baş verən dəhşətli yol qəzasında həlak olan Azərbaycan Tibb Universitetinin 3 tələbəsi:

Sahil Mustafazadə - Əczaçılıq fakültəsinin V kurs tələbəsi,

Tuncay Məmmədov Müalicə Profilaktika fakültəsinin V kurs tələbəsi,

Yeganə Məmmədova Müalicə Profilaktika Fakültəsinin VI kurs tələbəsi olublar.

Onlar Covid-19 xəstələrinin müalicəsinə könüllü qoşulmuş tələbələr idi. Ruhları şad olsun!"

Azvision.az


Teqlər: TƏBİB   Tələbə  





Xəbər lenti