Azvision.az xəbər verir ki, Ümumdünya QİÇS-lə Mübarizə Günü 1988-ci ildən qeyd edilir. 1981-ci il iyunun 5-də Amerikada Xəstəliklər Üzərində Nəzarət Mərkəzinin aşkar etdiyi QİÇS bəşəriyyətin üzləşdiyi ən dəhşətli xəstəliklərdən birinə çevrilib. Həmin günün beynəlxalq səviyyədə qeyd edilməsi dünyanın bütün regionları üzrə yayılan HİV-infeksiyanın və QİÇS-in pandemiyası ilə mübarizədə səylərin birləşdirilməsinə xidmət edir. QİÇS-lə Mübarizə Gününün qeyd olunmasında əsas məqsəd dünya ölkələrini problemlə mübarizədə bir araya gətirməkdir.
Ölkəmizdə QİÇS ilk dəfə 1987-ci ildə qeydə alınıb. Dövlət Statistika Komitəsinin verdiyi məlumata görə, ötən il immun çatışmazlığı virusunun (HİV) törətdiyi xəstəliklə müalicə-profilaktika müəssisələrində 7 min 846 xəstə qeydiyyata alınıb. Onlardan 2 min 377 nəfərini QİÇS-lə xəstələnənlər təşkil edir. Ötən il 686 xəstə ilk dəfə olaraq HİV xəstəsi kimi qeydiyyata düşüb.
Azvision.az