Oğuzda COVID-19 xəstəsinə cinayət işi başlanılıb

Oğuzda COVID-19 xəstəsinə cinayət işi başlanılıb
  03 Dekabr 2020    Oxunub:1675
Oğuz Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə daha bir koronavirus xəstəsinin yaşadığı ünvaı tərk etməsi müəyyən edilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, COVİD-19 virusunun daşıyıcısı olan rayonun Sincan kənd sakini Asif Xasıyev karantin qaydalarını pozaraq, yaşadığı ünvanı tərk edib və kənd ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb. O, dərhal yaşadığı ünvana geri qaytarılıb.

A.Xasıyev barəsində Oğuz RPŞ-nin İstintaq qrupundan cinayət işi başlanılıb.

Azvision.az


Teqlər: Oğuz   Koronavirus  





Xəbər lenti