Bakıda 2200-dən çox pandus quraşdırılıb
İctimai nəqliyyatda da müyəssərliyin təmin olunması məqsədi ilə vacib addımlar atılır. Sərnişin avtobusları ilə bağlı norma və standartlarda da bu amil mütləq şəkildə nəzərə alınıb. Bu gün marşrut şəbəkəsində 1000-dən artıq avtobusda xüsusi panduslu mexanizimlərin olması da məhz bununla əlaqədardır.
Eyni zamanda yeni ictimai nəqliyyat infrastrukturları yaradılan zaman da müyəssərlik əsas tələb olaraq nəzərə alınır. Bu mənada “Koroğlu” Nəqliyyat Mübadilə Mərkəzini göstərmək olar. Burada tam formada müyəssərlik təmin edilib. Bundan sonra yaradılacaq digər bu kimi məkanlarda da bu tendensiya saxlanılacaq.
Azvision.az