Komendant postunu qanunsuz keçən sürücü saxlanıldı

Komendant postunu qanunsuz keçən sürücü saxlanıldı
  03 Dekabr 2020    Oxunub:1862
Beyləqan rayonu ərazisində hərbi vəziyyətlə əlaqədar yaradılmış komendant postunda xidmət aparan polis əməkdaşları posta yaxınlaşan “Mersedes” markalı avtomobilə saxla işarəsi versə də, sürücü hərəkətini davam etdirib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, həmin sürücü rayon ərazisində polis əməkdaşları tərəfindən saxlanılaraq polis şöbəsinə gətirilib.

Araşdırmalarla onun Beyləqan rayon sakini Tural Əliyev olduğu müəyyən edilib. Sürücü T.Əliyev İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə məsuliyyətə cəlb edilərək inzibati qaydada həbs olunub.

Azvision.az


Teqlər: Beyləqan   DİN  





Xəbər lenti