Polis COVID-19 xəstələri barədə araşdırma aparır

Polis COVID-19 xəstələri barədə araşdırma aparır
  03 Dekabr 2020    Oxunub:2635
Qobustan Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları rayon ərazisində xidmət aparan zaman iki koronavirus xəstəsinin karantin qaydalarını pozduqlarını aşkarlayıblar.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, Qobustan şəhər sakini Faiq Səlimova və rayonun Bədəlli kənd sakini Vahid Bəndəliyevə COVID-19 testlərinin nəticəsi pozitiv olduğuna görə ev şəraitində müalicə təyin edilsə də, ancaq onlar yaşadıqları ünvanları tərk ediblər.

Polis əməkdaşları tərəfindən həmin şəxslər şəhər və kənd ərazisində hərəkətdə olarkən saxlanılıblar. Onlar polis əməkdaşlarının da müşayiəti ilə yaşadıqları ünvanlara göndəriliblər.

İnfeksiya daşıyıcıları olduqlarını bilə-bilə virusun daha geniş yayılmasına şərait yaradan F.Səlimov və V.Bəndəliyev barəsində Qobustan RPŞ-nin İstintaq qrupunda araşdırma aparılır.

Azvision.az


Teqlər: Qobustan   Koronavirus  





Xəbər lenti