Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən
Azvision.az -a verilən məlumata görə, proqramda agentliyin Qida zəncirinə nəzarət və regional bölmələrlə iş şöbəsinin müdiri Əkbər Əliyev Bakıda, Abşeron, Sumqayıt və sərt karantinin tətbiq edildiyi Mingəçevir, Ağstafa, Şəki kimi regionlarımızda indiyə qədər 8000-ə yaxın ictimai-iaşə müəssisəsində 40 minə yaxın monitorinqin keçirildiyini, nəticədə 3200-dən artıq qayda pozuntusunun aşkarlandığını bildirib. Monitorinq zamanı müəssisələrdə əsasən, işçi heyətin maska və digər qoruyucu, eləcə də dezinfeksiyaedici vasitələrdən düzgün və ya ümumiyyətlə istifadə etmədiyi müəyyən edilib. Ə.Əliyev qeyd edib ki, həmin pozuntular inzibati məsuliyyət yaratdığı üçün sahibkarlıq subyektləri ilə bağlı qanunvericiliyə uyğun tədbirlər görülüb.
Qeyd edək ki, qurum ilə vətəndaşlar arasında yeni ünsiyyət platforması kimi qiymətləndirilən “Təhlükəsiz qida” onlayn verilişi hər həftənin cümə günü saat 15:00 agentliyin rəsmi “Facebook” hesabında yayımlanır.
Azvision.az