Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, Yasamal Rayon Polis İdarəsi 27-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində dekabrın 3-nə keçən gecə rayon ərazisindəki ofislərin birindən 6450 manat dəyərində kompyüter, 3 ədəd mobil telefon və 5 ədəd qol saatı oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini Ə.Əliyev saxlanılıb.