AzTU-nun dosenti koronavirusdan vəfat edib - FOTO

 AzTU-nun dosenti koronavirusdan vəfat edib -    FOTO
  05 Dekabr 2020    Oxunub:2730
Azərbaycan Texniki Universitetinin (AzTU) Azərbaycan dili və pedaqogika kafedrasının dosenti Nailə Mirzəyeva 55 yaşında koronavirusdan vəfat edib.
Azvision.az -ın məlumatına görə, Nailə Mirzəyeva 1992-ci ildə Bakı Dövlət Universitetinin (BDU) Filologiya fakültəsini fərqlənmə ilə bitirib. Elə həmin ildən AzTU-da işə qəbul olunub. Azərbaycan dili və pedaqogika kafedrasında laborant, böyük laborant, müəllim, baş müəllim vəzifələrində çalışan Nailə Mirzəyeva 2014-cü ildə filologiya üzrə fəlsəfə doktoru elmi dərəcəsinə layiq görülüb.

O, 2018-ci ildən Azərbaycan dili və pedaqogika kafedrasının dosenti idi. 40-a qədər elmi-metodiki əsərin, o cümlədən 1 monoqrafiya, 1 dərs vəsitinin müəllifi olub.



Azvision.az


Teqlər: Koronavirus   Pandemiya  





Xəbər lenti