Daha bir COVID-19 xəstəsi ictimai yerdə saxlanıldı

Daha bir COVID-19 xəstəsi ictimai yerdə saxlanıldı
  05 Dekabr 2020    Oxunub:2476
Daxili işlər orqanları tərəfindən COVID-19 xəstələrinin özünütəcrid qaydalarına riayət etməsi ciddi nəzarətdə saxlanılır.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən Azvision.az -a verilən məlumata görə, virusa yoluxan şəxslərə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunur.

Səbail Rayon Polis İdarəsinin (RPİ) əməkdaşları tərəfindən aktiv koronavirus xəstəsi olan 24 yaşlı Elçin Əmirxanov ictimai yerdə müəyyən olunaraq saxlanılıb. Polis əməkdaşları onunla izahedici söhbətlər aparıb, tibbi prosedurları gözləməklə yaşadığı evə qaytarıb, bu barədə müvafiq səhiyyə qurumu məlumatlandırılıb.

E.Əmirxanov barəsində toplanan materiallar Səbail RPİ-nin İstintaq şöbəsinə göndərilib. Faktla bağlı Cinayət Məcəlləsinin 139-1.1 (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. İstintaq araşdırmaları davam etdirilir.



Azvision.az


Teqlər: Koronavirus   Bakı  





Xəbər lenti