Oğuzda koronavirus xəstəsi ictimaiyyət arasına çıxdı

Oğuzda koronavirus xəstəsi ictimaiyyət arasına çıxdı
  07 Dekabr 2020    Oxunub:1704
Oğuzda COVID-19 infeksiyasına yoluxmuş rayon sakininin yaşadığı ünvanı tərk etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azvision.az -a verilən məlumata görə, koronavirus testinin nəticəsi pozitiv olan rayonun Bucaq kənd sakini Elnur Məmmədrəfiyev ev şəraitində müalicə alsa da, qaydaları pozaraq yaşadığı ünvanı tərk edib və ictimaiyyət arasına çıxıb. Polis əməkdaşları tərəfindən o, kənd ərazisində hərəkətdə olarkən saxlanılıb və yaşadığı evə qaytarılıb.

Həmin şəxsin barəsində Oğuz Rayon Polis Şöbəsinin İstintaq qrupunda araşdırma aparılır.

Azvision.az


Teqlər: Oğuz   Koronavirus  





Xəbər lenti