Karantini pozan obyektin fəaliyyəti dayandırıldı

Karantini pozan obyektin fəaliyyəti dayandırıldı
  07 Dekabr 2020    Oxunub:1447
Qubada karantin qaydalarını pozan obyektin fəaliyyəti dayandırılıb.
DİN-in Mətbuat Xidmətinin Quba regional qrupundan Azvision.az a- verilən məlumata görə, Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən rayon ərazisində xüsusi karantin rejim qaydalarına əməl olunması ciddi nəzarət edilir.

Şöbə əməkdaşları inzibati ərazilərində xidmət aparan zaman qaydaları pozaraq fəaliyyət göstərən telefon satışı və təmiri mərkəzi aşkarlayıblar. Həmin obyektin fəaliyyəti dərhal dayandırılıb, orada çalışan altı işçi barədə inzibati qaydada tədbirlər görülüb.

Azvision.az


Teqlər: Quba   Karantin   Obyekt  





Xəbər lenti