Anar Cəbrayıllı işğaldan azad olunan kəndlərindən paylaşım etdi - FOTO

   Anar Cəbrayıllı işğaldan azad olunan kəndlərindən paylaşım etdi -    FOTO
  07 Dekabr 2020    Oxunub:2142
“Azərsu” ASC-nin Mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı işğaldan azad olunan Cəbrayıl rayonunun Balyand kəndindəki evlərindən paylaşım edib.
Azvision.az xəbər verir ki, o, doğulduğu kənddən sac və səhəng tapdığını bildirib:

"İki müqəddəs nemətin - çörəyin (yuxanın) bişirildiyi sac və suyun daşınıb saxlanıldığı səhəng. 27 il əvvəl kənddə qoyub gəldiyimiz əşyalardan indiyə qalan yalnız bunlardır. Babalarımız çörəyə və suya elə belə and içmirlərmiş. Hər ikisini gətirib anama verdim", - o qeyd edib.



Azvision.az


Teqlər: Anar-Cəbrayıllı   Azərsu   Cəbrayıl  





Xəbər lenti