Ötən gün 13 koronavirus xəstəsinə cinayət işi açılıb

   Ötən gün 13 koronavirus xəstəsinə cinayət işi açılıb
  08 Dekabr 2020    Oxunub:1952
Daxili işlər orqanları əməkdaşları ölkə ərazisində koronavirus infeksiyasının qarşısının alınması ilə bağlı tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən Azvision.az -a verilən məlumata görə, dünən ölkə ərazisində görülən tədbirlər nəticəsində yaşayış yerini icazəsiz tərk edən 16 nəfər aktiv koronavirus xəstəsi saxlanılıb.

Onlardan 13 nəfəri yaşadığı evə qaytarılıb, 3 nəfər isə xəstəxanaya yerləşdirilib. Saxlanılan şəxslərdən 13 nəfər barəsində cinayət işi başlanıb.

Azvision.az


Teqlər: Koronavirus   DİN  





Xəbər lenti