Daha 4 rayonda COVID-19 xəstələri aşkarlandı

Daha 4 rayonda COVID-19 xəstələri aşkarlandı
  09 Dekabr 2020    Oxunub:1244
Polis əməkdaşları tərəfindən koronavirus pandemiyasının yayılmasının qarşısının alınması məqsədi ilə genişmiqyaslı tədbirlər mütəmadi olaraq davam etdirilir.
DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azvision.az -a verilən məlumata görə, xüsusi karantin rejimi qaydalarına zidd olaraq, COVID-19 xəstələrinə ev şəraitində müalicə təyin edilməsinə baxmayaraq, yaşayış yerlərini tərk etməsi halları müşahidə olunub.

Bərdə, Tərtər, Beyləqan və Sabirabad rayonlarında polis əməkdaşları tərəfindən aktiv COVID-19 xəstələrənin digər şəxslərin sağlamlığını təhlükə qarşısında qoyaraq sərbəst hərəkət etmələri müəyyən olunub və görülən tədbirlərlə həmin şəxslər müalicə aldıqları ünvanlara geri qaytarılıblar.

Bu istiqamətdə tədbirlər davam etdirilir.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti