Şəhid ailələri və qazilərlə bağlı komissiya yaradıldı

   Şəhid ailələri və qazilərlə bağlı komissiya yaradıldı
  09 Dekabr 2020    Oxunub:1261
Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyində şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin keyfiyyətinə nəzarətin təmin edilməsi üçün komissiya yaradılıb.
Azvision.az xəbər verir ki, komissiya şəhid ailələrinə, Vətən müharibəsi qazilərinə və onların ailə üzvlərinə göstəriləcək səhiyyə xidmətinin, o cümlədən tibbi yardım, ixtisaslı həkimlər tərəfindən müayinə və müalicələrin aparılmasını, həmçinin ehtiyac olan dərman preparatları ilə ödənişsiz təminatını, əlilliyin təyin olunması üçün lazımi tibbi sənədlərin hazırlanmasını və digər xidmətlərin yüksək səviyyədə həyata keçirilməsini təmin edəcək və ortaya çıxan problemlərin həllini diqqət mərkəzində saxlayacaq.

Azvision.az


Teqlər: Naxçıvan   Səhiyyə  





Xəbər lenti