Biləsuvarda yas mərasimi təşkil edən şəxs cərimələndi

Biləsuvarda yas mərasimi təşkil edən şəxs cərimələndi
  11 Dekabr 2020    Oxunub:1350
Biləsuvar Rayon Polis Şöbəsinə (RPŞ) rayonun Bəydili kəndində yas mərasiminin təşkil edilməsi barədə məlumat daxil olub.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşları dərhal həmin ünvana gəlib, sərtləşdirilmiş karantin rejiminin qaydaları və tələbləri bir daha orada olan şəxslərin diqqətinə çatdırılıb.

Yas mərasimini təşkil edən Bəydili kənd sakini A.Məmmədov karantin rejiminin tələblərini pozduğu üçün barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib edilib və 200 manat məbləğində cərimələnib.

Azvision.az


Teqlər: Biləsuvar   Yas   Məclis  





Xəbər lenti