AQTA 16 obyektdə pozuntular aşkarladı

AQTA 16 obyektdə pozuntular aşkarladı
  11 Dekabr 2020    Oxunub:1020
Yeni növ koronavirusun (COVID-19) profilaktikasına dair metodiki göstərişlərin icrasına nəzarət məqsədilə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən ictimai iaşə obyektlərində reydlər davam etdirilir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən Azvision.az -a verilən məlumata görə, əməkdaşlar tərəfindən dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, eləcə də koronavirus yoluxmalarının artması müşahidə olunan şəhər və rayonlar (Gəncə, Şəki, Quba, Lənkəran, Şəmkir, Cəlilabad, Sabirabad) üzrə 424 ictimai iaşə obyektində 803 monitorinq keçirilib. Sahibkarlıq subyektlərinə qida təhlükəsizliyi sahəsində qanunvericiliyin tələbləri izah edilib, icrası məcburi göstərişlər və maarifləndirici tövsiyələr verilib.

Reyd keçirilən obyektlərdən 16-da Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərin tələblərindən irəli gələn bir sıra qaydalara əməl olunmaması və kobud şəkildə pozulması faktları aşkarlanıb. Aşkarlanmış faktlarla bağlı həmin müəssisələr barədə qanunvericiliyin tələbləri çərçivəsində inzibati tədbirlər görülüb. Həmin müəssisələr arasında Bakı şəhəri, Moskva prospekti, 78 ünvanında yerləşən, fiziki şəxs Mehdili Mehdi Oruc oğluna məxsus kafe, həmin prospektdə yerləşən, fiziki şəxs Mövsumova Firəngiz Nurməmməd qızına məxsus və fiziki şəxs Səfərova Aysel Nazir qızına məxsus kafelər, S. Qurbanov ev,1 ünvanında yerləşən, fiziki şəxs Aydınzadə Qulam Etibar oğluna məxsus “Boranı” restoranı, yeni Suraxanı qəsəbəsi, Mərkəzi küçəsində yerləşən, fiziki şəxs Abbasov Şahin Vəliyulla oğluna məxsus "Dönəritto” kafesi, Sumqayıt şəhəri, 12-ci mikrorayon, ev 27 ünvanında yerləşən, fiziki şəxs Qafarov Tərlan Telman oğluna məxsus "Okean" kafesi, Novxanı yolunda yerləşən, fiziki şəxs Quliyeva Könül Seyfəddin qızına məxsus "Ləman" ailəvi istirahət mərkəzi, Sülh küçəsi, 134 A ünvanında yerləşən, fiziki şəxs Əhmədov Rüfət Hacıabış oğluna məxsus "Antalya" dönər evi, 9-cu mikrorayonda yerləşən, fiziki şəxs Paşayev İlman Mansur oğluna məxsus "Sərin" kafesi, Çerkassi küçəsində yerləşən, fiziki şəxs Fərzəliyev Bəhruz Səməd oğluna məxsus "999" kafesi, Abşeron rayonu, Masazır qəsəbəsi, Yeni Bakı yaşayış massivində yerləşən, fiziki şəxs Şükürov İzzət Təzəxan oğluna məxsus “Korona” kafesi, Masazır qəsəbəsi, Yeni yaşayış massivində yerləşən, fiziki şəxs Əhmədov İlkin Səfərəli oğluna məxsus “Bublik" kafesi, Masazır qəsəbəsi, A. Abdulhüseynov küçəsində yerləşən, fiziki şəxs Babayev Şəhriyar Nizam oğluna məxsus "Ailə Lahmacun" kafesi, Xırdalan şəhəri, T.İsmayılov küçəsində yerləşən, fiziki şəxs Məmmədov Xəyal Rəfail oğluna məxsus "Kabab evi" kafesi və Ağstafa rayonu, Vurğun qəsəbəsində yerləşən, fiziki şəxs Qəhrəmanov İlkin Sədi oğluna məxsus kafedə daha çox uyğunsuzluqlar aşkar edilib.

Qida Təhlükəsizliyi Agentliyi Bakıda, eləcə də regionlarda fəaliyyət göstərən ictimai iaşə obyektlərində yoxlama-nəzarət tədbirlərini davam etdirir və Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş metodiki göstərişlərə əməl etməyən sahibkarlıq subyektləri barədə ən sərt tədbirlər görüləcək.

Azvision.az


Teqlər: AQTA   Obyekt   Pozuntu  





Xəbər lenti