Köməksiz qalan şəxs xilas edildi

Köməksiz qalan şəxs xilas edildi
  12 Dekabr 2020    Oxunub:1198
Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nəsimi rayonunda 1 nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Azvision.az FHN-in saytına istinadən xəbər verir ki, çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən vətəndaşa köməklik göstərilib.

Azvision.az


Teqlər: FHN   Xilasetmə   Bakı  





Xəbər lenti