Daha iki COVID-19 xəstəsinə cinayət işi açılıb
Oğuzda da koronavirus infeksiyasına yoluxan şəxsin yaşadığı ünvanı tərk etməsi barədə Polis Şöbəsinə məlumat daxil olub. Rayon sakini C. Əsədovaya ev şəraitində müalicə təyin olunsa da o, karantin qaydalarını kobud şəkildə pozaraq yaşadığı ünvanı tərk edib. C. Əsədova şəhər ərazisində hərəkətdə olarkən polis əməkdaşları tərəfindən saxlanılıb və həkim briqadasının da iştirakı ilə evinə qaytarılıb.
Həmin şəxslər barəsində Rayon Polis Şöbələrində cinayət işi başlanılıb.
Azvision.az
Teqlər: Qəbələ Oğuz Koronavirus