Kafe və restoranlar onlayn xidmət göstərəcək

   Kafe və restoranlar onlayn xidmət göstərəcək
  14 Dekabr 2020    Oxunub:1155
Xüsusi karantin rejiminin sərtləşdirilməsindən irəli gələrək bu gündən 2021-ci il 18 yanvar saat 00:00-dək ölkənin bütün ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin müvafiq qərarı ilə müəyyən edilmiş iş və xidmət sahələri istisna olmaqla digər sahələrdə iş və xidmətlər dayandırılıb.
Azvision.az xəbər verir ki, Nazirlər Kabinetinin qərarına əsasən, bütün ticarət obyektlərinə, ictimai iaşə obyektlərinə, o cümlədən restoran, kafe və çay evlərinə müştərilərə yalnız çatdırma xidmətlərinin göstərilməsi və ya onlayn satışa icazə verilir.

Qeyd edək ki, 2020-ci il 14 dekabr saat 00:00-dan 2021-ci il 18 yanvar saat 00:00-dək bütün ölkə üzrə sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilib.

Azvision.az


Teqlər: Kafe   Restoran   Onlayn   Xidmət  





Xəbər lenti