Ağac kəsilməsinə görə direktor işdən çıxarıldı
Onun sözlərinə görə, faktla bağlı qanun pozucuları barəsində protokol tərtib edilib və hər biri 2000 manat məbləğində cərimə olunub: “Eyni zamanda ağacların kəsilməsində təqsirkar olan digər şəxslərin müəyyən olunması üçün hüquq-mühafizə orqanlarına müraciət edilib”.
Xidmət rəsmisi qeyd edib ki, ərazidə mühafizə işlərini zəif təşkil etdiyinə görə Regional Meşə Təsərrüfatı Mərkəzinin direktoru Vüqar Sultanov isə tutduğu vəzifədən azad olunub.
Hazırda araşdırmalar davam etdirilir.
Azvision.az
Teqlər: