Zaqatalada maskadan istifadə etməyənlər cərimələndi
Postlarla yanaşı şəhər daxilində də mobil qruplar tərəfindən yaşayış yerini tərk edən vətəndaşların SMS icazələrinin olub-olmaması planşet vasitəsilə yoxlanılır. İcazələri olmadan yaşadıqları ünvanları tərk edənlərə sərtləşdirilmiş karantin rejiminin tələbləri diqqətə çatdırılır və barələrində cərimə protokolu tərtib olunur.
Həmçinin reydlər zamanı tibbi maskadan istifadə etməyən şəxslər barəsində qanunamüvafiq tədbirlər görülür.
Azvision.az