İcazəsi olmayan 175 maşın postlardan geri qaytarılıb

   İcazəsi olmayan 175 maşın postlardan geri qaytarılıb
  16 Dekabr 2020    Oxunub:2335
Baş Dövlət Yol Polisi İdarəsi sərtləşdirilmiş xüsusi karantin rejimi ilə əlaqədar karantin postlarında nəqliyyat vasitələrinin hərəkətinin məhdudlaşdırılmasına dair məlumat yayıb.
İdarədən Azvision.az -a bildiriblər ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə xüsusi karantin rejiminin sərtləşdirilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən verilmiş müvafiq qərara əsasən, 2020-ci il dekabrın 15-i saat 08:00-dan 2020-ci il dekabrın 16-sı saat 08:00-dək olan müddətdə Bakı-Quba yolunun 52-ci kilometrində yerləşən karantin keçid postundan 20-si rayon, 20-si paytaxt istiqamətinə olmaqla 40, Bakı-Şamaxı-Yevlax yolunun 31-ci kilometrində yerləşən postdan 35-i rayon, 40-ı paytaxt istiqamətinə olmaqla 75, Bakı-Qazax-Gürcüstan yolunun 65-ci kilometrində yerləşən keçid postundan 40-ı rayon, 20-si paytaxt istiqamətinə olmaqla 60 avtomobil geri qaytarılıb.

Ümumilikdə 175 nəqliyyat vasitəsi ilə müvafiq icazə olmadan postlardan keçmək cəhdinin qarşısı alınıb.

Azvision.az



Teqlər: DYP  





Xəbər lenti