Polisin Mingəçevirdə reydləri davam edir
Reydlər zamanı polis əməkdaşları tərəfindən yaşadığı ünvanı tərk edən şəxslər planşet vasitəsilə yoxlanılır və SMS icazə olmadan çölə çıxanlar barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə cərimə protokolu tərtib edilir. Bundan əlavə ictimai nəqliyyatda, mağazalarda, açıq ictimai məkanlarda keçirilən nəzarət profilaktik tədbirlər zamanı tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə etməyən və ya tələb olunan normalara uyğun şəkildə taxmayan şəxslər aşkarlandıqda onlara tibbi maskadan düzgün istifadənin zəruriliyi, infeksiyanın yayılmasının qarşısının alınması məqsədilə karantin rejimi qaydalarına riayət etmələrinin vacibliyi bildirilir.
Azvision.az