İşlədiyi yerin ödəmə terminalından oğurluq etdi - FOTO
Araşdırma zamanı məlum olub ki, ödəmə terminalından oğurluq həmin marketdə nəzarətçi işləyən Oğuz rayon sakini Müşfiq Lətifov tərəfindən törədilib. Əməliyyat zamanı həmin şəxs saxlanılıb. M.Lətifov ifadəsində iş saatı sona çatdıqdan sonra özündə olan açarla marketə daxil olduğunu və ödəmə terminalındakı pulları ələ keçirdiyini bildirib. Oğurlanan pulların bir qismi saxlanılan şəxsdən aşkar olunaraq maddi sübut kimi götürülüb.
M.Lətifovun barəsində 29-cu Polis Şöbəsində toplanan materiallara hüquqi qiymət verilməsi üçün Yasamal Rayon Polis İdarəsinə göndərilib, araşdırmalar davam etdirilir.
Azvision.az
Teqlər: DİN