Sürücünün intihara cəhd etməsi ilə bağlı cinayət işi başlanıb

Sürücünün intihara cəhd etməsi ilə bağlı cinayət işi başlanıb
  17 Dekabr 2020    Oxunub:1636
Dekabrın 16-da saat 20 radələrində Elçin Məmmədovun sürücü işlədiyi Sabunçu rayonu E.Mehdiyev küçəsi 40 ünvanında yerləşən “Bakı Taksi Xidməti” MMC-də üzərinə alışqan maddə tökərək intihara cəhd etməsi barədə Sabunçu Rayon Prokurorluğuna məlumat verilib.
Baş Prokurorluğun mətbuat xidmətindən Azvision.az -a məlumata görə, prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən maddi sübutlar götürülüb və digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

bildiriblər ki, faktla bağlı Sabunçu Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanıb, zəruri ekspertizalar təyin olunub.

İntihara cəhdin səbəblərinin araşdırılması məqsədilə zərərçəkmişin ailə üzvlərinin, qonşuların və digər şəxslərin ifadələri alınıb.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir. Hadisə Baş Prokurorluğun rəhbərliyi tərəfindən nəzarətə götürülüb. İstintaqın gedişi və nəticəsi barədə ictimaiyyətə ətraflı məlumatın veriləcək.

Azvision.az



Teqlər: Baş-Prokurorluq   İntihar  





Xəbər lenti