Dövlət qulluğuna 281 nəfər uğur qazanıb

Dövlət qulluğuna 281 nəfər uğur qazanıb
  19 Dekabr 2020    Oxunub:1939
Ümumilikdə 46 dövlət orqanında 379 vakant vəzifənin (B növü üzrə) tutulması üçün Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən avqustun 5-də elan olunmuş müsabiqə üzrə müsahibə davam edir.
Azvision.az DİM-in dekabrın 19-u saat 11:05-ə olan göstəricilərinə əsasən xəbər verir ki, müsahibədə 281 nəfər uğur qazanıb. Onlardan 155-i Təhsil Nazirliyində, 23-ü Bakı şəhəri Yasamal Rayon Məhkəməsində, 22-si Dövlət Statistika Komitəsində, 17-si Maliyyə Nazirliyində, yerdə qalanlar isə digər dövlət orqanlarında müxtəlif vəzifələrə uyğun bilinib.

Qeyd edək ki, müsahibədə iştirak üçün 5304 nəfər sənəd verib. Müsahibə 2021-ci il yanvarın 29-da başa çatacaq.

Azvision.az



Teqlər: DİM  





Xəbər lenti