Hərraca 103 dövlət əmlakı çıxarılacaq

Hərraca 103 dövlət əmlakı çıxarılacaq
  19 Dekabr 2020    Oxunub:1772
İqtisadiyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanvarın 19-da dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı növbəti dəfə hərrac keçirəcək.
Nazirikdən Azvision.az -a verilən məlumata görə, hərraca 103 dövlət əmlakı çıxarılacaq. Bunlardan 25-i kiçik dövlət müəssisəsi və yarımçıq tikili, 78-i səhmdar cəmiyyətləridir.

Hərraclarda hər kəsin sərbəst iştirakı təmin edilir. İştirak etmək istəyən şəxslərin seçdikləri dövlət əmlakı üzrə elektron sifariş verməklə yanaşı, hərraclara onlayn qoşulmaq imkanı da yaradılıb. Prosesə marağı olanlar hərrac günü həm Əmlak Xidmətləri Məkanına gəlməklə, həm də elektron resurslardan istifadə etməklə hərracları qeydiyyatsız formada izləyə də bilərlər.

Keçirilən hərraclarda iştirak etmək istəyən şəxslər Xidmətin rəsmi saytına (emlak.gov.az) və yaxud Özəlləşdirmə portalına (privatization.az) daxil ola, seçim etməklə qeydiyyatdan keçə, dövlət əmlakının ilkin hərrac qiymətinin 10%-i qədər beh ödəyib sifarişçi statusu ala bilərlər. Hərrac günü hər kəs Elektron Xidmətlər Portalından (e-emlak.gov.az) “Elektron hərrac” bölməsini seçərək özəlləşdirməyə qoşula bilər.

Azvision.az


Teqlər: Hərrac   Əmlak  





Xəbər lenti