Azərbaycanda daha 3705 nəfər koronavirusa yoluxdu

   Azərbaycanda daha 3705 nəfər koronavirusa yoluxdu
  19 Dekabr 2020    Oxunub:2365
Azərbaycan Respublikasında koronavirus infeksiyasından 4210 nəfər müalicə olunaraq sağalıb, 3705 yeni yoluxma faktı qeydə alınıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Azvision.az-a verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 42 nəfər vəfat edib.

Hazırkı dövrədək ölkəmizdə 199 min 127 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 135 min 462 nəfər müalicə olunaraq sağalıb, 2175 nəfər vəfat edib. Aktiv xəstə sayı 61490 nəfərdir.

Ötən müddət ərzində 2 milyon 49 min 239 test aparılıb. Bugünkü test sayı isə 17931-dir.

Azvision.az


Teqlər: Koronavirus  





Xəbər lenti