AQTA sədri İctimai Şuranın üzvləri ilə görüş keçirdi
Daha sonra AQTA yanında İctimai Şuranın və Seçki Komissiyasının iştirakı ilə davam edən görüşdə şura üzvləri agentliyin fəaliyyətinin bütün sahələrində yaxından iştirak edəcəklərini, qida təhlükəsizliyi ilə bağlı məsələlərin ictimai müzakirəsinin daha səmərəli təşkilinə xidmət göstərəcəklərini bildiriblər. Şura üzvləri Şuranın qida təhlükəsizliyi sahəsində ictimai rəyin və vətəndaşların qanuni maraqlarının nəzərə alınmasına töhfə verəcəyini diqqətə çatdırıb.
Qeyd edək ki, İctimai Şura mərkəzi icra hakimiyyəti orqanlarının fəaliyyətində şəffaflığı, ictimai nəzarətin həyata keçirilməsi, dövlət siyasətinin formalaşdırılması, icrası və qərarların qəbulu zamanı ictimai rəyin nəzərə alınmasını təmin etmək məqsədilə “İctimai iştirakçılıq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq təsis edilən və ictimai əsaslarla fəaliyyət göstərən birlikdir.
Azvision.az