70% daha yoluxucu: Koronavirusun yeni ştammı yayıldı
COVİD-19-un VUI-202012/01 adlanan yeni variantının tapılması haqqında Britaniyanın səhiyyə naziri Mett Henkok dekabrın 14-də məlumat vermişdi. Onun sözlərinə görə, yeni ştamm adi koronovirusdan 70% daha sürətlə yayılır.
Britaniya hökumətinin baş elmi məsləhətçisi Patrik Vallans keçirdiyi mətbuat konfransında bildirib ki, yeni ştammın COVİD-19 ilə müqayisədə 23 mutasiyası var. Bu, ciddi şəkildə yenilənmiş virus haqqında danışmağa əsas verir.
Niderland hökuməti bəyan edib ki, yeni ştammın yayılması təhlükəsilə bağlı Avropanın digər dövlətlərilə məsləhətləşmələr davam etdiriləcək.
Britaniyanın özündə yeni ştammla əlaqədar olaraq, karantin tədbirləri ən sərt həddinə çatdırılıb. Bütün qeyri-ərzaq mağzaları, bərbərxanalar, idman zalları qapadılıb.
Bəs yeni ştamm öldürücülük baxımından fərqlənirmi? Vaksina reaksiyası necə olacaq? Bu vacib suallara hələ ki, dəqiq cavablar yoxdur. İndilik bəlli olan budur ki, yeni ştammın yaratdığı xəstəlik daha ağır olur və sağalması uzun çəkir.
Həmçinin oxuyun:
London boşalır: Sərt karantinə görə əhali şəhəri tərk edir
Tariyel Həsənov
Azvision.az
Teqlər: Koronavirus Ştamm