Cəlilabadda COVID-19 xəstəsi yasda iştirak edib

Cəlilabadda COVID-19 xəstəsi yasda iştirak edib
  21 Dekabr 2020    Oxunub:1121
Cəlilabad Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən növbəti tədbir nəticəsində ev şəraitində müalicəyə cəlb edilən amma buna baxmayaraq yaşayış yerini tərk edən daha bir aktiv koronavirus xəstəsi müəyyən edilib.
DİN Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azvision.az -a verilən məlumata görə, Cəlilabad şəhər sakini E.Verdiyevin COVID-19 virusunun daşıyıcısı olduğunu bildiyi halda tanışının dəfn mərasimində iştirak etdiyi məlum olub.

Karantin qaydalarını kobud şəkildə pozaraq yaşayış yerini tərk etməmək barədə dəfələrlə edilən xəbərdarlıqlara riayət etməyən və bununla da virusun daha çox yayılmasına şərait yaradan həmin şəxsin bu əməli polis əməkdaşları tərəfindən aşkarlanıb və o tibbi prosedurlar gözlənilməklə yaşadığı evə qaytarıb.

E.Verdiyevin barəsində Cəlilabad Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 139-1.1-ci (epidemiya əleyhinə və karantin rejimlərinin pozulması) maddəsi ilə cinayət işi başlanılıb. Araşdırmalar davam etdirilir.

Azvision.az



Teqlər: COVID-19  





Xəbər lenti